“Qarabağ”ın üzvü Türkiyə klubunun hədəfində – İDDİA

0

“Qarabağ” bir futbolçusu ilə yollarını ayıra bilər.

Söhbət Redon Cicadan gedir. Albaniyalı forvardla Türkiyənin “Ankaragücü” klubu yaxından maraqlanır. Bu məlumatı “Yurtspor.com” portalı yayıb.

Paytaxt təmsilçisi yeni mövsümdə iddialı heyət formalaşdıraraq Super Liqaya qayıtmaq istəyir. Bu səbəbdən də hücum xəttinə qol vurmağı bacaran oyunçu axtarır. Ankaralılar müəyyən məbləğ qarşılığında albaniyalını heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Cica 2023/24 mövsümündə 37 qarşılaşmada meydana çıxıb. Forvard bu görüşlərdə 7 qol vurub, 2 məhsuldar ötürmə edib./Offsideplus.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »