“Mən Ukraynaya əsgər göndərməyəcəyəm, alman pilotları və qırıcıları ilə birlikdə Rusiya təyyarələrini və raketlərini vurmayacağam”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Saarbrükendə vətəndaşlarla görüşü zamanı deyib.
“Biz Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq heç bir iş görməyəcəyik. Və silahlarımızın Rusiya ərazisinə nüfuz etməsinə icazə verməyəcəyik”, – Almaniya hökumətinin başçısı vurğulayıb.
Eyni zamanda Şolts xatırladıb ki, ABŞ-dən sonra Ukraynanın əsas dəstəkçisi Almaniya hesab olunur.
Ümumilikdə Almaniya Kiyevə hərbi dəstək üçün təxminən 28 milyard avroluq gələcək xərcləri öz üzərinə götürüb.