Putin və Əsəd Kremldə GÖRÜŞDÜ

Rusiya prezidenti Vladimir Putin dünən axşam Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin Əsədlə bölgədəki vəziyyəti və Suriya məsələsini müzakirə edəcəyini bildirib.

Bundan əlavə, liderlər ticarət-iqtisadi əlaqələri müzakirə edəcəklər.

Bundan əvvəl Rusiya və Suriya liderləri 2023-cü il martın 15-də Kremldə görüşüb, danışıqları üç saat davam edib.

Comments are closed.

Tərcümə »