İsmayıllıda yaşayış evinin damına ildırım düşdü, ev yandı

0

İsmayıllıda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Salbuzov küçəsində qeydə alınıb.

Rayon sakini Bəxtiyar İsmayıl oğlu İsmayılova məxsus evin dam örtüyü ildırım vurması nəticəsində yanıb.

Ümumi sahəsi 70 kv/m olan evin dam örtüyünün 50 kv/m hissəsi yanıb.

Əraziyə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Digər tikililər yanğından mühafizə olunub.\\APA\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »