Hansı məhsullar ürək xəstəlikləri və diabetdən ölüm nisbətini artırır?

0

Merilend ştatının Milli Xərçəng İnstitutunun alimləri müəyyən ediblər ki, şəkərli diabet və ürək xəstəliklərindən vaxtından əvvəl ölüm riski iki növ qidadan – şəkərli içkilərdən və emal olunmuş ətdən sui-istifadə ilə artır.

Gazeta.ru bildirir ki, alimlər 1990-cı illərin ortalarında elmi işlərdə iştirak etmək üçün cəlb edilmiş 540 mindən çox insanın sağlamlığı və pəhrizi haqqında məlumatları təhlil ediblər. Tədqiqatın əvvəlində bütün subyektlər 50-71 yaş arasında olublar. Tədqiqatçılar iştirakçıların istehlak etdikləri ultra emal olunmuş qidaların ümumi miqdarını (emal edilmiş qənnadı məmulatları, fastfud, şəkər əsaslı içkilər) qiymətləndirdilər və xüsusi qidalar ilə müəyyən xəstəliklərin inkişafı arasında əlaqə qurdular.

Nəticələr göstərdi ki, emal olunmuş ətlərin (kolbasa, sosis və s.) və şəkərlə şirinləşdirilmiş içkilərin çox istehlakı şəkərli diabet və ürək-damar xəstəliklərinin ən yüksək riski ilə, habelə onların fəsadları səbəbindən ölüm ehtimalının artması ilə əlaqələndirilir.//Oxu.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »