Polşa ABŞ-dən alınan “Apache AH-64” hücum helikopterlərinin ilk partiyasını 2024-cü ilin sonuna qədər alacaq.
“Report” xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyinin sədr müavini Robert Fromholts “Polsat” telekanalına müsahibəsində bildirib.
“Uzun danışıqlara baxmayaraq, ilk “Apache”lər 2024-cü ilin sonuna qədər Polşaya təhvil veriləcək”, – o qeyd edib.
Fromholtsun sözlərinə görə, “Boeing” və “General Electric” şirkətləri ilə son ofset sövdələşmələri, eləcə də Polşanın almaq niyyətini ifadə etdiyi 96 helikopterin hamısının tədarükü üzrə müqavilə yaxın həftələrdə imzalanacaq.