“Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin həyatına sui-qəsd cəhdini həyata keçirənlər, Robert Fitso və Donald Trampı öldürmək istəyənlər eyni qüvvələrdir”.
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb.
“Bu yaxınlarda iki terror aktı baş verib – biri Slovakiyada, ikincisi ABŞ-da. Bunlar qlobal siyasi qüvvələri xarakterizə edən ümumi imzadır”, – deyə Kobaxidze qeyd edib.
Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Bidzina İvanişviliyə qarşı sui-qəsd hazırlığı ilə bağlı bəyanat verib. DTX-nin fikrincə, sui-qəsd Ukraynada yaşayan keçmiş gürcü məmurları tərəfindən təşkil edilib və maliyyələşdirilib.\\musavat\\