COP29 komandası bir çox maraqlı tərəfləri bir araya gətirən karbon bazarları ilə bağlı Afrika konfransında iştirak edib.
“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, konfrans çərçivəsində COP29 sədrliyi Paris Sazişinin 6-cı Maddəsinin praktiki icrasını nəzərdən keçirib.
Bununla yanaşı, Afrikanın ehtiyaclarının COP29 sədrliyinin fəaliyyətinin və səylərinin mərkəzində olduğu bildirilib.