Bakının Nəsimi rayonunda narkotik satışını təşkil edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər – əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.