Sumqayıtda yıxılıb xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb

0

Sumqayıt şəhərində 11 gün əvvəl yıxılaraq xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb.

“Report” un yerli bürosunun məlumatına görə, 1941-ci il təvəllüdlü Salmiyanova Tatyana Salmiyanovna iyulun 12-də şəhərin 3-cü mikrorayon ərazisində yıxılaraq xəsarət alıb.

Yaralı Sumqayıt şəhər 1 saylı Mərkəzi xəstəxanasına gətirilib.

Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »