Zelenskidən Baydenin qərarına reaksiya

0

ABŞ Prezidenti Cozef Bayden dövlət başçısı postu uğrunda yarışdan çıxdığını elan edərək çətin qərar verib.

İctimai Rəy teleqraf.com-a istinadən bildirir ki,  Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.

“Biz bugünkü çətin, lakin güclü qərara hörmətlə yanaşırıq”, – deyə Volodimir Zelenski bildirib.

Xatırladaq ki, iyulun 21-də Cozef Bayden dövlət başçısı postu uğrunda mübarizədən geri çəkildiyini, lakin səlahiyyət müddətinin sonunadək vəzifədə qalacağını açıqlayıb. O, eyni zamanda prezident seçkilərində vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini elan edib.

Donald Trampın seçkidəki rəqibinin kimliyi Demokratlar Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında müəyyənləşəcək.

Respublikaçıların namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, Kamala Harrisə qalib gəlmək onun üçün daha asan olacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »