Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq.
İctimai Rəy report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O bildirib ki, körpünün layihəsi tamamlanmaq üzrədir.
Layihənin 2024-cü ildə tenderə çıxarılması gözlənilir.
A.Uraloğlu bildirib ki, bununla bağlı 2004-cü ildə Afinada razılıq sənədi imzalanıb: “Layihə ancaq Türkiyə və Yunanıstan üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasındakı dostluq və əməkdaşlığı gücləndirəcək”.
Nazirin sözlərinə görə, körpünün uzunluğu 841 metr olacaq.