Ukraynada Rusiyanın onun enerji infrastrukturunu məhv etməsi səbəbindən ciddi problemlər yaşandığı və bu vəziyyətin əhali üçün “böyük yük”ə çevrildiyi bildirilir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.
Qeyd olunur ki, elektrik enerjisi infrastrukturunun məhv edilməsi bütün sahələrə – sənaye, ticarət, qaz və su təchizatı və istiliyə təsir edir. O baxımdan, qışa doğru vəziyyətin daha da kəskinləşəcəyi vurğulanıb.
Yazıda o da bildirilib ki, Qərb Kiyevə kifayət qədər və effektiv dəstək vermir.