Böyük Britaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gəlib.
Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir.
İctimairey.az-ın Londona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.