Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək.
Modern.az-ın məlumatına görə, partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb.
Toplantının yaxın saatlarda başlayacağı gözlənilir.
İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq.
Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur.