«Qarabağ» növbəti transfer xəbərini açıqlamağa hazırlaşır.
Azərbaycan çempionu qapı xəttini tanış simayla gücləndirməyi lazım bilib.
Başqa sözlə, Şahruddin Məhəmmədəliyev 11 aylıq aradan sonra geri qayıdır. 2023-cü ilin sentyabrında «Adana Demirspor»a keçmiş kiper geri dönməyə razılıq verib.
Hər halda o, hazırda azad agent statusu daşıyır. türkiyə klubu maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün dağıstanlı «əlcək sahibi» kontraktına qarşılıqlı razılaşma əsasında xitam verib.
Son anda başqa bir problem ortaya çıxmasa, Məhəmmədəliyev anlaşmya imza atacaq.
Şahruddin 2016-2023-cü illər aralığında «köhlən atlar»ın şərəfini qoruyub. Əslində, Qurban Qurbanov bu transferi öncədən nəzərdə tutmayıb.
«Şah»ın qayıdışı məcburiyyətdən irəli gəlib. Çünki Amin Ramazanov Avstriya toplanışının gedişində ağır zədə alıb və bilinən odur ki, ən azı 8 ay yaşıl sahələrdən kənarda qalacaq.
Bu üzdən komandaya yerli statuslu qapıçının alınması zərurəti yaranıb. Azərbaycan pasportu daşıyan kiperlər arasında bu səviyyədə başqa birisi olmadığından, təcrübəli mütəxəssis keçmiş tanışına dönüş bileti aldırıb.\\sportinfo.az\\