Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən xəbər yayıb.
Qəzet yazır ki, Paşinyan Konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir.