“Neftçi” Ramil Şeydayevi transfer etdi

“Neftçi” klubu yeni transferini açıqlayıb.

İctimai Rəy axar.az-a istinadən bildirir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin II Liqa təmsilçisi “Kocaelispor” olub.

Comments are closed.

Tərcümə »