“NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Bunu alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina özünün sosial şəbəkə hesabında yazıb.
“Biz Gürcüstan hökumətini demokratik institutların gücləndirilməsi və gürcü xalqının Avro-Atlantik məkana inteqrasiyası istiqamətində islahatları sürətləndirməyə çağırırıq. NATO Gürcüstanla uzunmüddətli tərəfdaşlığa sadiqdir”, – o bildirib.\Oxu.az\