ABŞ prezidenti Cozef Bayden ölkənin keçmiş lideri Donald Trampın Pensilvaniyada keçirilən mitinqdə atəşə tutulmasından sonra iyulun 15-nə planlaşdırılan Texas səfərini təxirə salıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident əvvəlcə bazar ertəsi, iyulun 15-nə planlaşdırılan Texas səfərinin vaxtını dəyişdirir”, – deyə məlumatda bildirilib.
Bundan əvvəl Bayden milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirib və ona Trampa sui-qəsd cəhdi ilə bağlı yeni məlumatlar verilib.