Bu ərazilərdə su olmayacaq

0

Xətai rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

İctimai Rəy xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

“Bakı şəhəri 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 15 iyul 2024-cü il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinədək) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq. Bununla əlaqədar abonentlərdən üzr istəyirik”, – Xidmətdən bildirilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »