Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidentliyinə namizəd Donald Trampın sui-qəsd cəhdi nəticəsində yaralanması ilə bağlı sabiq prezidenti şəfa diləyib və hücumu pisləyib.
“Report” xəbər verir ki, bu barədə Tokayevin ofisi (Aqorda) bəyanat yayıb.
“Dövlət başçısı Kasım-Jomart Tokayev ABŞ-nin keçmiş prezidenti Donald Trampa edilmiş sui-qəsdi cəhdini qətiyyətlə pisləyib və ona tezliklə şəfa tapmasını diləyib”, – teleqramdakı paylaşımda qeyd olunub.