Rusiya XİN: ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb

0

ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.

“Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir”, – Zaxarova deyib.

Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »