İndiyə qədər 125 dairənin 124-nə müraciət olunub.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Namizədlərə imza vərəqələri paylanıb:
“Artıq 150 nəfərin namizədliyi təsdiqlənib, 114 nəfərə imza vərəqi verilib. Sabahdan etibarən 7 gün ərzində proses davam edəcək”.