“Yaşıl enerji” zonasında hansı işlər görülüb? – RƏSMİ AÇIQLAMA

0

Azad edilmiş ərazilərdə cari dövrədək 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 KVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdiriləcək.

İctimai Rəy bildirir ki, bunu Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev bildirib.

Onun sözlərinə görə, artıq Laçın rayonunun Zabux kəndində 223, Sus kəndində 59 fərdi yaşayış evinin hər birində 3.3 kVt, Laçın şəhərində 24 fərdi yaşayış evinin hər birində 3-5 kVt, Zəngilan rayonunda yerləşən Konqres Mərkəzində 166 kVt, Füzuli, Laçın, Zabux və Susdayerləşən məktəb binalarında 20-40 kVt, Zəngilan rayonunun Ağalı kəndində inzibati binaların üzərində ümumi gücü 325 kVt olan damüstü günəş panelləri quraşdırılıb və şəbəkəyə qoşulma təmin edilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və qərarı ilə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji zonası” elan edilib və hazırda bu ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası tətbiq edilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialının istifadəsi və ərazilərin ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin edilməsi Konsepsiyanın əsas məqsədlərindən biridir.

Konsepsiyanın tələblərinə əsasən, məskunlaşma zamanı fərdi evlərdə və ictimai binalarda yaşıl texnologiyaların, o cümlədən, günəş panellərinin quraşdırılması təmin edilməlidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »