Bakının bu ərazisi söküləcək – Razılıq əldə olundu

0

Bu gündən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) sakinlər və obyekt sahiblərinin bir qismi ilə müvafiq məbləğdə kompensasiya barədə razılıq əldə olunub və söküntü işlərinə başlanılıb.

İctimai Rəy APA-ya istinadən xəbər verir ki, hazırda digər sakinlərlə və obyekt sahibləri ilə danışıqlar aparılır.

Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevgi parkının davamı olacaq.

Qeyd edək ki, bundan öncə Sevgi parkı ilə bağlı yaxınlıqda sökülən digər evlərə görə hər 1 kv.m üçün 2500 manat, obyektlərin hər 1 kv.m üçün 3000 manat kompensasiya verilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »