ABŞ prezidenti Co Bayden prezidentlik yarışını tərk etməli və demokratların namizədi kimi vitse-prezident Kamala Harrisə yol verməlidir.
Bu fikri iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman “The New York Times” qəzetindəki köşə yazısında irəli sürüb.
Ekspertin fikrincə, Bayden “kənara çəkilməlidir” və bunu respublikaçı namizəd Donald Trampın nə qədər ciddi təhdidə çevrildiyini nəzərə alaraq, vitse-prezident Kamala Harrisin xeyrinə etməlidir.
“Prezidentlik debatı ABŞ xalqına Baydenin və Trampın kim olduğunu göstərmək üçün yaxşı fürsət oldu. Tramp dil boğaza qoymadan danışarkən, Bayden sakit və arxayın görünürdü. Lakin Bayden bu sınaqdan tam keçə bilmədi”, – iqtisadçı bildirib.
İyulun 7-də ABŞ nümayəndəsi Adam Şiff bildirib ki, Co Bayden builki prezident seçkilərində Donald Tramp üzərində inamlı qələbə qazana bilməyəcəyi durumdadırsa, “estafeti ötürməli” və yarışdan geri çəkilməlidir.
Amerika lideri isə ictimaiyyətə bildirib ki, o, özünü Demokratlar Partiyasından prezidentliyə ən yaxşı namizəd hesab edir, sponsorlarının və öz partiyasının təzyiqlərinə baxmayaraq, heç yerə getməyə hazırlaşmır. O, ABŞ Demokrat Partiyasının rəhbərliyinin davranışından məyus olduğunu qeyd edib.
Baydenin səhhəti və prezidentlik yarışında iştiraka hazır olması ilə bağlı söhbətlər Ağ Evin hazırkı rəhbərinin respublikaçıya uduzduğu Tramp debatından sonra intensivləşib.
Bundan əvvəl Stiven Kinq Baydenə eyni xahişlə müraciət edib.\\musavat\\