İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamenti (EAER) məlumat yayıb.
Bildirilib ki, sanksiyalar siyahısına daha 69 fiziki və 47 hüquqi şəxs əlavə edilib. Yeni sanksiyalar iyulun 9-da qüvvəyə minəcək.
Həmçinin “RİA Novosti” agentliyinin, “İzvestiya” qəzetinin, “Rossiyskaya qazeta”nın və Praqada yerləşən “Avropanın səsi” portalının təbliğatına da qadağa qoyulub. Bildirilib ki, Avropa İttifaqındakı tədbirlərdən fərqli olaraq, bu KİV-lərin İsveçrədə yayımına qadağa qoyulmayacaq.