Rusiya Silahlı Qüvvələrinin (SQ) Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 20 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Ukraynanın Krivoy Roq şəhərində Rusiya SQ-nin raket hücumları nəticəsində həlak olanların sayı 10 nəfər olub.
Bütün təcili yardım, kommunal və tibb bölmələri işləyir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələri hücum zamanı 40-dan çox müxtəlif tipli raketlərdən istifadə edib. Nəticədə yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.