Rusiyada 2 milyon dollar müqabilində təyyarəni Ukraynaya qaçırmaq cəhdinin qarşısı alınıb

0

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna kəşfiyyatının “Tu-22M3” strateji bombardmançı təyyarəsinin Ukraynaya qaçırılmasının təşkili cəhdinin qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, rusiyalı hərbçiyə təyyarəni qaçırmaq üçün azı 2 milyon ABŞ dolları vəd edilib: “Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus strateji bombardmançı “Tu-22M3” təyyarəsini qaçırmaq üzrə növbəti əməliyyatı dayandırıb”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »