Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.
Bu barədə Fransa KİV-ləri məlumat yayıb.
“Agence France-Presse”in məlumatına görə, E.Makron baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib. (Report)
***
Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla görüşmək üçün Yelisey sarayına gedib.
“Report” xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.
Onun istefa ərizəsini Makrona təqdim edəcəyi gözlənilir.