Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünə görə Azərbaycana təşəkkür edirəm.
“Report” xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, TDT ölkələri bu gün mühüm sənədlərə imza atacaqlar: “Qardaş Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə ürəkdən təbrik edirəm”.