Macarıstanın Baş naziri Viktor Orban sülh missiyasını davam etdirmək üçün Moskvaya səfər etdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, baş nazirin korteji Moskva küçələrində görünüb.
Məlumata görə, Rusiyanın dövlət başçısı Vladimir Putin və Viktor Orban arasında danışıqlar baş tutacaq, onlar Ukrayna məsələsini müzakirə edəcəklər.