Türkiyə Suriya və İraqda yeni əməliyyatlara başlaya bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, bunu hadisələrin inkişafı müəyyənləşdirəcək:
“Bunu barədə danışmaq hələ ki, səhv olar. Amma lazım olsa, bunu edəcəyik. Bu gün Suriyanın şimalında olduğu kimi, İraqın şimalında PKK-ya zərbələr endirilir”.//Report