Şolts: Ukrayna-Rusiya müharibəsində tərəf tutmayacağıq

0

Almaniya kansleri Olaf Şolts Bundestaqdakı çıxışında ölkəsinin Rusiya-Ukrayna müharibəsinin iştirakçısı olmayacağına zəmanət verib.

APA xəbər verir ki, Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildən davam edən müharibədə hər iki ölkə çoxlu itki verib.

Rusiyanın Ukraynadakı itkilərinin sayı 50 mini keçib. Ukraynaya silah dəstəyi verən Almaniya siyasətçiləri arasında kimin müharibədə tərəf olması məsələsi ön plana çıxıb.

Məhz bu məsələyə aydınlıq gətirmək məqsədilə Almaniya kansleri Bundestaqda çıxışı zamanı məsələyə münasibət bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »