Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

0

Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət edib.

İctimai Rəy xəbər verir ki, Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul edib.

Görüşdə Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulanıb, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »