Həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir.
İctimairey.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, milli valyutalarda qarşılıqlı hesablaşmalar artır:
“Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir”.