Rusiya ATƏT PA-da iştirakını DAYANDIRDI

0

Rusiya Dövlət Duması və Federasiya Şurası bu ölkənin Federal Məclisi nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib.

Bu barədə “Kommersant” məlumat yayıb.

“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiyanın ATƏT PA-nın büdcəsinə ödənişlərin dayandırılmasını əsaslı və məntiqli hesab edirlər”, – Dövlət Dumasının bəyanatında qeyd edilib.

Sənəd ATƏT PA və BMT-yə də göndəriləcək. (Report)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »