Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniya-İsveçrə matçını arenadan izlədikdən sonra təyyarə ilə Frankfurtdan Berlinə qayıdıb.
O, partiyasının (“Yaşıllar”) Almaniyanın ən böyük hava limanında tətbiq etdiyi gecə uçuşları qadağasını pozub.
Məlumata görə, gündəlik gecə uçuşu qadağası qüvvəyə mindikdən 54 dəqiqə sonra Berbokun təyyarəsi havaya qalxıb.
Bildirilib ki, Frankfurt hava limanında səs-küyün qarşısını almaq məqsədi daşıyan qadağa məhz “Yaşıllar”ın səyləri ilə tətbiq edilib.//Oxu.az