Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri zati-aliləri cənab Bilal Hayee “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi “Qızıl Ürək” ordeni ilə təltif edilib.
İctimai Rəy xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə eyni zamanda “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının Pakistanın Milli Gününə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimi də keçirilib.
Tədbirdə dövlət rəsmiləri, ictimaiyyət və media nümayəndələri, mədəniyyət xadimlərinin iştirak ediblər.
Qeyd edək ki, mükafat bundan əvvəl bir sıra nüfuzlu şəxslərə təqdim edilib.