Makron və onun “mavi” nazirləri…

0
Əgər Fransa Senatının üzvləri Azərbaycandakı fransız şirkətlərinin fəaliyyətinin, xüsusən də “Total”ın Azərbaycanda neft və qaz hasilatının məhdudlaşdırılmasına, dayandırılmasına çağırış edirsə, demək ki, Fransa prezidenti kimi fransalı parlamentarilər də qlobal siyasətdə olduqca naşı və “piyada”dırlar.
Fransa dövlətinin və “Total” kimi transmilli enerji nəhənginin maraqlarını qotur Ermənistana görə qurban vermək həqiqətən də siyasi korazehinlik və gerizəkalılıqdır.

 

İctimai Rəy xəbər verir ki, araşdırmaçı jurnalist Bəybala Mirzəyevin dediyinə görə, bu gedişlə Fransa parlamentariləri, Makron və onun “mavi” nazirləri ilə əl-ələ verib Fransanın “gəmi”sini tam olaraq batıracaqlar.

Fransa silahlarının Ermənistana tədarükünün artırılması isə sonda ümumiyyətlə, Ermənistanın bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilər.

Görünən budur ki, Fransanın iflasına yol açan Makron Ermənistanı da öz ardınca “qaranlıq tunel”ə doğru aparır. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar.

P.S.
Müqəddəs yer isə təbii ki, heç vaxt boş qalmır. “Total”ı əvəz etməyə hazır olan şirkətlər çoxdur. İtirən tərəf biz yox, Fransanın özü olacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »