Hakan Fidan Türkiyə-Rumıniya-Polşa xarici işlər nazirlərinin toplantısına qatılacaq

0

Hakan Fidan Türkiyə-Rumıniya-Polşa Üçlü Əməkdaşlıq Prosesi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində sabah Polşaya səfər edəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzzaya hücumları ilə bağlı fikir mübadiləsi aparılacaq. Bundan əlavə, üç ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

İctimai Rəy “TRT Haber”ə istinadən bildirir ki, İyunun 26-da Varşavada keçiriləcək toplantıda iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısına hazırlıq, NATO-ya bitişik regionda mövcud təhlükəsizlik problemləri və bu istiqamətdə atılacaq addımlar müzakirə edilib, üç ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »