Vergitutma bazasının aşınması ilə bağlı Çoxtərəfli Konvensiya təsdiqlənib

Prezident İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb.

İctimai Rəy AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, 2016-cı il noyabrın 24-də Paris şəhərində imzalanmış “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bildirişləri ilə təsdiq edilib.

Comments are closed.

Tərcümə »