Türkiyə – Çexiya matçının hakimi bəlli olub

0

Rumıniyalı referi İstvan Kovacs 26 iyun Çərşənbə günü Hamburqda 2024-cü il Avropa Çempionatının F qrupunda Türkiyənin Çexiya ilə qarşılaşacağı oyunu idarə edəcək.

İctimai Rəy xəbər verir ki, UEFA-dan verilən açıqlamaya görə, Volkspark stadionunda saat 22.00-da başlayacaq matçda Kovaçın fit çalacaq köməkçiləri eyni ölkədən Vasile Marinesku və Ovidiu Artene olacaq.

Matçın dördüncü hakimi Norveç Futbol Federasiyasından Espen Eskas olacaq.

Polşalı Tomas Kviatkovski matçda VAR-ın vəzifəsini yerinə yetirəcək.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »