Meydanda huşunu itirən macar futbolçu Varqadan xəbər var

0

AVRO-2024-ün Şotlandiya – Macarıstan matçında şotlandiyalı qapıçı Qunn ilə toqquşaraq huşunu itirən macar futbolçu Varqa Barnabasın sağlamlıq durumu ilə bağlı açıqlama verilib.

Şotlandiyalı qapıçı Qunn dirsəyi Varqa Barnabasın başına dəyib və huşunu itirib. Meydana gec girən tibb işçilərinə görə UEFA tənqid edilib.

“Ştutqart Arena”da baş verən insidentdə futbolçu xərəkdə meydançadan çıxarılaraq təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

İctimai Rəy “Haber Global”a istinadən bildirir ki, Macarıstan mətbuatında yer alan xəbərlərə görə, “Ferensvarons”un futbolçusu özünə gəlib, vəziyyəti stabildir.

Macarıstanın baş məşqçisi Marko Rossi Varqanın üzündə bir neçə sümükün qırıldığını və futbolçunun əməliyyat olunacağını açıqlasa da, macar futbolçunun turnirin qalan hissəsində oynaya bilməyəcəyi də təsdiqlənib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »