Ermənilərdən yeni xəyal: Minsk qrupu mövcuddursa Qarabağ məsələsi qapanmayıb

0

Qarabağ məsələsi bağlanmayıb, ermənilərin Qarabağa qayıtması hələ də nəzərdən keçirilir.

Bu sözlər yerli politoloq Stepan Danielyan tərəfindən səslənib.

“Qarabağ məsələsi bağlanıbsa, Minsk Qrupu niyə hələ də ləğv edilməyib? Gördüyümüz kimi, ABŞ, Rusiya Federasiyası və AB Qarabağ ermənilərinin geri qaytarılması imkanının təmin edilməsi məsələsini qaldırır. Bütün bunlar o deməkdir ki, Qarabağ məsələsi hələ də bağlanmayıb. Başqa sözlə, Minsk Qrupu var olduqca, Qarabağ məsələsi qapanmayacaq”,-deyə Danielyan bildirib.

Öz növbəsində yerli politoloq Yervand Bozoyan Ermənistanın hakim elitasının nümayəndələrinin Minsk Qrupunun ləğvini dəstəkləyəcəyini istisna etməyib. Lakin onun fikrincə, bu, ancaq sülh müqaviləsi imzalandıqdan sonra baş verə bilər.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »