Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonu ilə Mardin vilayətinin Mazıdağı rayonları arasındakı ərazidə baş verən və yaşayış məntəqələrinə yayılan yanğında ölənlərin sayı 15-ə yüksəlib.
APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardin Vilayət Səhiyyə İdarəsinin məlumatına görə xəstəxanalarda müalicə alan 3 nəfər də dünyasını dəyişib.
Yanğın zamanı bədən xəsarətləri alan iki nəfərin isə müalicsi davam etdirilir.
Qeyd edək ki, iyun ayının 20-də saat 22.15 radələrində Diyarbəkirin Çinar rayonunun ərazisində baş verən yanğın daha sonra küləyin təsiri ilə çox geniş əraziyə yayılmışdı.