BMT Somaliyə kömək edəcək

0

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Somalidə ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 25 milyon dollar ayıracaq.

“Report”un məlumatına görə, bu barədə qurumun məlumatında deyilir.

Maliyyələşdirmə Somalinin Hirşabelle ştatının Couhar şəhərində kiçik fermerlər üçün kritik infrastrukturun bərpası və iqlimə uyğun kənd təsərrüfatının təşviqi üçün istifadə olunacaq.

Layihə torpaqdan daha məhsuldar istifadə etməyə imkan verən daşqından mühafizə və etibarlı suvarmanı təmin etməklə Somali fermerlərinə dəstək verəcək.

Paralel olaraq, eyni şəhərdə iyunun 6-da beş əyalətdə 370 min insanın suya çıxışını yaxşılaşdıracağı, 1,5 milyon insanın daşqın riskini azaldacağı və 1,65 milyon insanın quraqlığın təsirlərini yumşaldacağı gözlənilən layihəyə start verilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »