Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selesta Arantes dünyasını dəyişib.
101 yaşlı Selesta Arantesin bir həftədən çoxdur xəstəxanada olduğu məlum olub. Lakin onun ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Pele 2022-ci ilin dekabrında 82 yaşında vəfat edib. O, “Santos” və “Nyu-York Kosmos” klublarında oynayıb.
Pele yeganə futbolçudur ki, oyunçu kimi üç dəfə dünya çempionu olub (1958, 1962 və 1970-ci illərdə).//Oxu.az