Avropa İttifaqı (Aİ) Gürcüstanı “Xarici agentlər haqqında” qanuna görə yüksək səviyyəli ikitərəfli səfərləri ləğv etməklə hədələyib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan mediasında məlumat dərc olunub.
Məlumatda deyilir ki, Brüssel, həmçinin “ölkə hakimiyyətinə birbaşa fayda verən” vəsait ayırmaqdan qaçmaq istəyir.